Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
News365.az Oxu.az-a istinadən xəbər verir ki, icra başçısı Elnur Rzayevin müvafiq əmri ilə Fuad Nəzər oğlu Şahbazov başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Fuad Şahbazov bundan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.