Elnur İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
News365.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Fotoda Elnur İbrahimov

Digər sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası həmin Agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə olunub.