“Araz supermarket”dən şikayətlər durmadan artır. İstehlakçılar bu və digər məsələyə görə bu ticarət şəbəkəsindən şikayətçidir.Şikayətlər əsasən vitrindəki qiymətlə kassadakı qiymətlər arasındakı fərqdəndir.
Marketdə alıcılar addımbaşı aldadılır.
News365.az xəbər verir ki, bu günlərdə sosial şəbəkədə “Araz supermarket”lə bağlı daha bir biabırçı video paylaşılıb.
Bir qadın təsadüf nəticəsində marketdə köhnəlmiş və vaxtı keşmiş pendiri “təmizləyib” yenidən qiymət yarlığı yapışdıran anı videoya alıb.
Videodan aydın görünür ki, köhnəlmiş, kiflənmiş pendir kustar üsulla və antisanitar şəraitdə yenidən “qablaşdırılır”.
Bu cür davranış isə təkcə məsuliyyətsizlik yox, bəlkə də cinayətdir.
Videoya bu linkdən baxa bilərsiz
News365.az