"2025-ci ildə dövlət büdcəsindən ayrılan hər 100 manatdan 45-i sosial sahəyə yönələcək. Qarabağ və Şərqi Zəngəzura 4 milyard ayrılması Vətən müharibəsindən sonra, 2025-ci il də daxil olmaqla, ümumilikdə 22 milyard manatın ayrılması anlamına gəlir".
News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, 2017-ci ildən etibarən milli valyutanın stabilliyinin qorunub saxlanılmasını müşahidə edirik.
"Fiskal iqtisadi-siyasətin tam uyğunlaşdırılması və valyuta bazarına təsirinin təhlilinə ehtiyac var. Nağd pulun artımı da müşahidə olunur. Belə ki, bu rəqəm 16.8 milyard manatdan 17.2 milyard manata yüksəlib".