II Qareginin işi üzrə hakim özü-özünə- ETİRAZ ETDİ

II Qareginin işi üzrə hakim özü-özünə- ETİRAZ ETDİ
21:15

Bütün ermənilərin katolikosu II Qareginin işi üzrə hakim Akop Manukyan işin baxılmasından imtina edərək özü-özünə etiraz elan edib.

News365.az xəbər verir ki, bu barədə katolikosun vəkili Ara Zöhrabyan məlumat verib:

"Hakim Akop Manukyan özü-özünə etiraz elan etdi və bu işə baxmaqdan imtina etdi".

Bundan əvvəl Ermənistanın ümumi yurisdiksiya məhkəməsi bütün ermənilərin katolikosu II Qareginə qarşı cinayət işinə qapalı rejimdə baxılması barədə qərar qəbul edib.

Müvafiq qərarı məhz hakim Akop Manukyan çıxarıb. Onun sözlərinə görə, iclas zamanı şəxsi həyatla bağlı məsələ araşdırılmalı olduğu üçün müzakirələr kənar şəxslərin iştirakı olmadan aparılmalı idi. Bununla belə, hakim vurğulayıb ki, qapalı rejim qərarı bütün məhkəmə prosesinə deyil, yalnız konkret bu məsələyə şamil olunur.

II Qaregin və altı yepiskopun işi üzrə ilk məhkəmə iclası avqustun 7-də keçirilib və katolikos iclasa şəxsən qatılıb. Məhkəmə binasının önünə onun tərəfdarları, müxalifət nümayəndələri və ictimai xadimlər toplanıblar.

Qeyd edək ki, II Qareginə qarşı cinayət işi onun yepiskop Qevork Saroyanı (Arman Saroyanı) din xadimliyi rütbəsindən məhrum etmək qərarından sonra qaldırılıb. Sonuncu, Nikol Paşinyan hökuməti ilə Erməni Həvari Kilsəsi arasında yaşanan münaqişə fonunda Ermənistan hakimiyyətini dəstəkləyib.

II Qaregin və Erməni Həvari Kilsəsinin Ali Dini Şurasının daha altı üzvünə məhkəmə aktını icra etməmək, onun icrasına mane olmaq və icra olunmamasına təhrik etmə maddələri üzrə ittiham irəli sürülüb. İclasın qismən qapalı keçirilməsi qərarı isə Ermənistan hakimiyyəti ilə kilsə rəhbərliyi arasında davam edən qarşıdurma fonunda baş verən səs-küylü məhkəmə prosesinin növbəti epizodu olub.


Sizin reklam burada
Sizin reklam burada