Kreml Trampın Putinlə görüşə dair açıqlamalarına reaksiya verdi

Kreml Trampın Putinlə görüşə dair açıqlamalarına reaksiya verdi
10 Yan 2025 13:51

"Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş lideri Donald Tramp arasında görüşün baş tutması üçün hər iki tərəfin istəyindən başqa heç bir xüsusi şərt tələb olunmur".

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov brifinqdə jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırarkən deyib.

“Prezident dəfələrlə beynəlxalq liderlərlə, o cümlədən Donald Trampla təmaslara açıq olduğunu bildirib. Bunun üçün heç bir şərt tələb olunmur. Dialoq aparmaq üçün qarşılıqlı istək və siyasi iradə lazımdır", - Peskov bildirib.

Prezidentin mətbuat katibinin sözlərinə görə, Rusiya Trampın danışıqlar aparmaq istəyi ilə bağlı sözlərini alqışlayır və siyasətçinin Oval kabinetə rəsmən daxil olmasından sonra “müəyyən bir hərəkətlərin” başlayacağını güman edir.

Xatırladaq ki, Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə verdiyi açıqlamada Rusiya lideri ilə görüşə hazırlıq getdiyini deyib: “O(Putin-red.) görüşmək istəyir və biz də buna hazırlıq görürük”. Tramp iddia edib ki, hətta Kreml rəhbəri görüş istəyini açıq şəkildə deyib.

"Biz bu müharibəni bitirməliyik", - Tramp vurğulayıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada