Rusiya Amerikanın orta mənzilli raketlərinin Yaponiyada yerləşdirilməsi halında tədbirlər hazırlayacaq. Bunu Rusiya mediasına müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Asiya departamentinin direktoru Lyudmila Vorobyova deyib.
Onun sözlərinə görə, Moskva dəfələrlə Tokioya xəbərdarlıq edib ki, əgər Qərblə hərbi-texniki əməkdaşlığın artması nəticəsində Yaponiyada Amerika raketləri peyda olarsa, Rusiya tərəfi ada dövlətinin ərazisindən özünün təhlükəsizliyinə qarşı yaranan problemləri yumşaltmaq, öz müdafiə qabiliyyətini gücləndirmək üçün lazımi cavab tədbirləri görməyə məcbur olacaq.
Diplomat əlavə edib ki, cavab addımlarının konkret məzmunu Rusiya dövlətinin uzunmüddətli strateji məqsəd və maraqlarına uyğun olaraq səlahiyyətli qurumlar vasitəsilə işlənəcək.
Eyni zamanda, Vorobyova əlavə edib ki, Rusiya ayrı-ayrı ölkələrin öz təhlükəsizliyini gücləndirmək hüququnu şübhə altına almır. Kreml bununla belə hesab edir ki, ABŞ-nin dünyanın müxtəlif regionlarında orta və daha qısa mənzilli quru raketlərinin peyda olması sabitliyi qorumağa imkan vermir və bu yalnız silahlanma yarışını qızışdırır, münaqişənin səviyyəsini artırır və strateji risklərin artmasına səbəb olur.
Tural