Rusiyanın ABŞ-dəkı səfiri Aleksandr Darçiyev gələn həftə Vaşinqtona səfər edəcək. Bu barədə yerli media diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Səfir gələn həftə Vaşinqtona gedəcək”, - mənbə bildirib.
Bundan əvvəl Darçiyevin Rusiyanın ABŞ-dəkı səfiri vəzifəsinə təyin edilməsi barədə məlumat yayılmışdı. Müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Rusiyanın Vaşinqtondakı yeni səfiri Aleksandr Darçiyevin əsas vəzifələri ABŞ-la münasibətləri inkişaf etdirmək və Rusiyanın maraqlarını müdafiə etməkdir.
Tural