Körpə ölümlərinin tək səbəbi- AÇIQLAMA

Körpə ölümlərinin tək səbəbi- AÇIQLAMA
09:09

Son 2 gündə 2 körpə həyatını itirib. Hərəsinin ölümünə bir səbəb var. Amma bütün hallarda körpə ölümü böyük itki, acıdır.

Mövzu ilə bağlı News365.az-a danışan pediatr Vaqif Qarayev deyir ki, Abşeronda 1 aylıq körpə çimizdiriləkən boğularaq ölüb:

“Başqa bir bölgədə azyaşlı ağcaqanad dərmanı içərək ölüb. Birinci hadisədə tibbi baxımdan nəsə izah etmək mümkündür. El arasında "uşağın beynində oksigen çatmır" anlayışı var. Yəni anadangəlmə əsəb sistemində oyanıqlıq olur körpələrdə. Və bu uşaqlar suda özlərini çox narahat hiss edirlər. Bunu valideynlər bilməli idi. Belə deyilsə, ananın uşağı çimizdirmək vərdişi olmayıb.

İkinci hadisənin yeganə izahı var: səhlənkarlıq! Həmişə deyilir- evdə istənilən dərman uşaqlar üçün əlçatmaz yerdə olmalıdır.  Əməl etməyəndə faciə qaçılmaz olur”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada