Koreya prezidenti cəmi 52 gün həbsdə qaldı

Koreya prezidenti cəmi 52 gün həbsdə qaldı
08 Mar 2025 13:00

Cənubi Koreya prokurorları prezident Yoon Seok-Yeolu həbsdən azad etmək qərarına gəliblər. Bu barədə “Renhap” agentliyi məlumat yayıb.


Agentliyin məlumatına görə, prokurorlar impiçment prosesində olan bu qərarı martın 8-də məhkəmənin Yunun həbsinin ləğvi ilə bağlı vəsatətini təmin etdikdən sonra veriblər.


İstintaq qrupu məhkəmənin qərarından bir gün sonra prezidentin azadlığa buraxılması üçün Cənubi Koreya liderinin saxlandığı Seulun Uivanq Təcridxanasına məlumat verib. Beləliklə, prezident 52 gün həbsdə qalıb.

Yoon Seok Yeol yanvarın 15-də iğtişaş törətməkdə ittiham olunaraq həbs edilib. Bu, Cənubi Koreya tarixində misli görünməmiş bir hadisə idi. Yəni, mövcud prezidentin istintaq orqanı tərəfindən həbsi tarixi olay oldu. Siyasətçi özü könüllü olaraq prokurorluğa gedərək dindirildiyini və təqsirini boynuna almadığını bildirib.

Tural


Sizin reklam burada
Sizin reklam burada