Xəbər verildiyi ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan "Hayastan” blokunun baş nazirliyə namizədi olub. O, 7 iyun seçkilərində hazırkı baş nazir Nikol Paşinyana qalib gəlməyə çalışacaq.
News365.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Robert Köçəryan iddialı açıqlamalarla çıxış edib. O bildirib ki, qəti məqsədi qələbədir.
“Daşnaksütyun” partiyası ilə birləşən Robert Köçəryan hazırkı baş nazir Nikol Paşinyanı hədələyib.
“Bu hakimiyyət getməli, minlərlə qəhrəmanımızın ölümünə səbəb olanlar, “Artsax”ı təslim edənlər və bu gün xalqa müqavimət tarixini unutduran şəxslər cavab verməlidirlər!",- deyə eks-prezident vurğulayıb.