“Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik” - VİDEO

“Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik” - VİDEO
13:31

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

News365.az xəbər verir ki, Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında səfərdən görüntülər paylaşıb.

“Diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfər edirik. Səfərimiz Xocalı Soyqırımı Memorialını ziyarət etməklə başladı. Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik. Xocalı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad etdik”, - deyə paylaşımda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada