2025-ci ildə Ukrayna Avropa İttifaqından 30,6 milyard avroluq vəsait cəlb etmək istəyir. Bu, büdcə dəstəyi adı altında təşkil olunacaq. Xarici KİV-in yaydığı məlumata görə, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenkonun iştirakı ilə təşkil olunmuş Avropa İttifaqının (Aİ) İqtisadi və Maliyyə Məsələləri Şurasının yekunlarına dair bəyanatda məlumat verilib.
Belə ki, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına G7-nin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) təşəbbüsünün bir hissəsi kimi 18,1 milyard avro transfer nəzərdə tutulur. 12,5 milyard avro isə “Ukraine Facility” çərçivəsində maliyyə yardımı olacaq.
Qeyd olunub ki, Avropa İttifaqı 2022-ci ilin fevralından Ukraynaya birbaşa büdcə yardımının ən böyük donoru olub - Kiyevə 45 milyard avro köçürülüb.
Tural