Ukraynalılar internet vasitəsilə xarici hərbi və humanitar yardımları, o cümlədən dəbilqə, hərbi uniforma və əsgərlər üçün nəzərdə tutulmuş quru səhra yeməklərini satırlar. Bu barədə xarici KİV sosial mediada yayılan məlumatların təhlilinə əsasən yazıb.
Jurnalistlərin məlumatına görə, Amerika, İsveç, Norveç, Fransa, Kanada və Polşa hərbi quru rasionlarını Ukraynada asan şəkildə almaq olar. Bəzi platformalar da hətta unikal təlimlərdən suvenirlər belə təklif edilir. Bundan əlavə, internet saytlarında siz xarici hərbi formalar, yataq çantaları, əleyhqazlar, dəbilqələr, həmçinin NATO ölkələrindən olan hərbi ədəbiyyat almaq olar.
“Məsələn, Avstriya ordusunun yeni formasının dəsti 1450 qrivna, Kanada dəbilqəsi 8500, ən bahalı fransız quru yeməkləri isə 845 qrivnaya başa gəlir”,- məlumatda qeyd edilib.
O da vurğulanıb ki, bu, internetdə aktiv şəkildə satılan Ukrayna analoqlarından bahadır.
Tural