Ölkə gündəmini
hicab məsələsi tutub. Və çoxluq bu qənaətdədir ki, orta məktəb şagirdlərinin
hicab geyinməsi düzgün deyil. Çünki məktəb elm öyrədən yerdir, göstərgi yeri
deyil.
Və təsadüfi
deyil ki, məsələylə bağlı cəmiyyətdən maraqlı mesajlar gəlir.
Daha bir
maraqlı yanaşma isə tanınmış jurnalist Surxay
Atakişiyevdən gəlib.
O. özünün
sosial səhifəsində yazır:
“50 il qabaq kəndimizdə Böyükağa adlı bir mömin var idi. O, hər məclisdə deyirdi ki, 'kim məndən namazı öyrənsə, ona yanı balalı camış verəcəm". İnsafən də rəhmətliyin xeyli camışı vardı. Amma Böyükağa kişi arzusuna çatmadan dünyadan köçdü. O böyüklükdə kənddə bir adam o kişidən namazı öyrənmədi. Ona görə yox ki, hamı ateist idi. Əsla!. Ona görə ki, o zaman insanlarda Allah qorxusu vardı. Heç kim imanını bir camışa satmaq istəmirdi. Qorxurdu ki, sabah namazı dayandırar və günah qazanar. Amma indi yerindən duran özünü mömin elan edir. Və mömin olmasını da başqalarının az qala gözünə soxur.Üstəlik də bəziləri deyir ki, bizim mömin olmağımızı hər kəs qəbul və hörmət etməlidir. Hətta məktəbdə belə. Axı, niyə?”
News365.az