Kəlbəcərdə hazırda nə istiliklə, nə də işıqla bağlı problem var

Kəlbəcərdə hazırda nə istiliklə, nə də işıqla bağlı problem var
14:11

Sosial şəbəkələrdə Kəlbəcərdə Yeni ilin gəlməsi ilə elektrik enerjisinin kəsildiyi, şəhərin istiliksiz və susuz qaldığı ilə bağlı məlumatlar yayılıb. Bununla da sakinlərin sərt qış günündə soyuqda qaldığı bildirilib.

News365.az-ın məlumatına görə isə, istiliklə bağlı yaranan problem artıq aradan qaldırılıb.

Belə ki, elektrik enerjisinin verilişində problem yaransa da, səhər saat 7-də bərpa edilib. Həmçinin bütün rayon üzrə kombilərdə problem olmayıb. Sakinlərdən birinin evindəki kombidə problem olub ki, həmin şəxs də mənzildə yaşamırmış.

Qeyd edək ki, hazırda vatsap qrupları üzərindən əhaliyə təlimatlar verilir. Kəlbəcərdə suların donması ilə bağlı da hər hansı problem yaşanmır.


Sizin reklam burada
Sizin reklam burada