"Gənclər arasında ailə qurmağa maraq xeyli azalıb."
Sosioloq Üzeyir Şəfiyev bu sözləri News365.az-a açıqlamasında deyib.
"Sanki Asiya ölkərələri, Yaponiya və Çində yayılan subaylıq sindromu bizədə təsir edib. Gənclər daha çox ünsiyyət ehtiyaclarını onlayn platformalar üzərindən reallaşdırır. Sanki real ünsiyyətdən qaçırlar, ailə uşaq qayğısı çəkmək istəmirlər. Buna bir qədər boşanmaların statistikasındakı artım da təsir göstərir. Gənclər qorxurlarki, boşana bilərlər.
Bu gün çox əfsuslar olsun ki, bəzi gənclər sanki, boşanmaq üçün evlənirlər. Belə bir tendensiya var və şüphəsiz ki, oğlanlarla qızlar bir-birinə qarşı tələbləri çoxdur. Oğlanların müvizəkar tələbləri var, qızların isə eqoist, sərbəst yaşamağa meyillidirlər. Mühafizəkar düşüncəli bəylərin qoyduğu qaydaları qəbullanmaq istəmirlər. Kişilərdə artıq köhnə qayda ilə idarə edə bilmirlər. Ona görə əfsuslar olsunki, Azərbaycan ailəsində böhran var demək olar. Çünki həm özünü boşanmaların statistikasında, həm də ailə münaqişələrində göstərir. Güman edirəm ki, Azərbaycan cəmiyyətinin düşüncə transfarmasiyası ilə izah olunur. Artıq ailə inustutu, ailəyə verilən dəyərlər sanki dəyişir. Qızların və oğlanların bu məsələdə baxışları bir qədər sərtləşir. Qızlar daha müstəqil, daha sərbəst, daha kanfort, lüks bir həyat peşindədir, oğlanlar isə mühafizəkar, ikimərkəzli cəmiyyətin qaydalarından qurtula bilmirlər. Əfsuslar olsun ki, bu nəticədə ailə dayanıqlığına təsir göstərir.
Orta məktəblərdə, ali məktəblərdə ailə dəyərləri ilə bağlı, gənclərə ailə böhranlarından çıxmaq yolları aşılanmalıdır. Ailə münaqişələri ilə bağlı bəhs olunmalıdır.
Bu gün Azərbaycan ailəsi iki qərb güc mərkəzlərinin hədəfindədir. Azərbaycan ikimərkəzli cəmiyyətləri dəyişdirmək üçün ailə inustutu hədəfə alınıb. Bunu da qadınların üzərindən həyata keçirirlər. Qadınları hüquq bərabərliyi, gender bərabərliyi adı altında qadınları kişilərə qarşı qoyurlar. Bu gün Azərbaycan cəmiyyətində sanki kişi-qadın qarşıdurması var. Sanki qadınlar kişilərə qarşı körüklənir.
Qadınların maarifləndirilməsi və gender bərabərliyi ilə bağlı təbliğat işlərinə yenidən baxmalıyıq. Bu proses gərginlik eskalasiyası üzərində gedir. Bu heç də ailə perspektivləri baxımından yaxşı gələcək vəd etmir"- deyə bildirib.