Tatarıstanın paytaxtı Kazan şəhərinin hava limanında “Xalça” rejimi elan edilib, aeroport müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako Telegram kanalında yazıb.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün səhər saatlarında Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, uçuşun təhlükəsizliyini təmin etmək üçün hava gəmilərinin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri bütün zəruri tədbirləri həyata keçirir.