"Kara Sevda"nın aktyoru ata olacaq - FOTO

"Kara Sevda"nın aktyoru ata olacaq - FOTO
13:04

Tanınmış aktyor Rüzgar Aksoy ata olacaq.

 News365.az xəbər verir ki, aktyor bu barədə sosial media hesabında paylaşım edib.

44 yaşlı aktyor həyat yoldaşı Yasemin Sancaklı Aksoyun hamiləlik pozaları ilə körpə gözlədiklərini açıqlayıb."Möcüzə gözləyərkən... Deməli, hər şey sənin üçün idi..." mesajı ilə paylaşım edən Aksoy xüsusi fotosessiya ilə bu xoş xəbəri paylaşıb.

Birsen Altuntaşın verdiyi məlumata görə, Yasemin Sancaklı Aksoy 5 aylıq hamilədir və oğlan övladları dünyaya gələcək.

Qeyd edək ki, tanınmış aktyor Rüzgar Aksoy "Yüz Yüze", "Kara Sevda", "Annem Uyurken" və "Türkan" kimi layihələrdəki uğurlu çıxışları ilə tanınır. 




Sizin reklam burada
Sizin reklam burada