Kallas: "Aİ Kiyevə yeni hərbi yardım paketi təqdim edəcək"

Kallas: "Aİ Kiyevə yeni hərbi yardım paketi təqdim edəcək"
12:00

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas diqqət çəkən açıqlamalar verib. O, bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək. 

Kallasın sözlərinə görə, hazırda paketə nələrin daxil ediləcəyi ilə bağlı müzakirələr aparılır. Bundan əlavə, Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edir.


“Biz Rusiyaya qarşı həm oyun konsollarına, həm də "kölgə donanması"na məhdudiyyətləri nəzərdə tutan 16-cı sanksiyalar paketini müzakirə edirik və ümid edirəm ki, bunu qəbul edəcəyik”, - Kallas bildirib.

Qeyd edək ki, avropalılar rus hərbçilərin ağıllı oyun konsollarından döyüşlərdə, dronların fəaliyyəti üçün istifadə etməyə başladığını iddia edirlər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada