İyunun "payız havası" geridə qalır: İyulda bizi nə gözləyir?

İyunun "payız havası" geridə qalır: İyulda bizi nə gözləyir?
10:26

Yay mövsümünün ikinci ayı artıq qədəm qoysa da, iyunun son günlərində ölkədə hökm sürən sərin və yağışlı hava şəraiti hamını düşündürməyə başlayıb. Adətən iyul ayı quraqlıq və bürkü istilərlə assosiasiya olunduğu üçün, bir çoxları yayın ilk ayının qeyri-sabit sonluğundan sonra bu tendensiyanın davam edib-etməyəcəyini maraqla gözləyir. Xüsusilə məzuniyyət planı quranlar, çimərlik həvəskarları və kənd təsərrüfatı işçiləri üçün qarşıdakı həftələrin hava proqnozu böyük əhəmiyyət kəsb edir.

Bəs iyul ayında bizi yenə anormal sərinlik gözləyir, yoxsa yay öz taxt-tacını geri qaytaracaq?

Məsələyə aydınlıq gətirən hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov News365.az-a bildirib ki, iyulda havanın temperaturu iqlim norması daxilində, bəzi günlərdə isə hətta normadan bir qədər yüksək olacaq. Onun sözlərinə görə, iyunun sonundakı sərin dalğa artıq ölkəni tərk edir və yaxın günlərdən etibarən temperatur sürətlə yüksəlməyə başlayacaq.

"Respublika ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək. Ötən ayın sonundakı kimi uzunmüddətli və güclü yağışlar gözlənilmir. Sadece bəzi dağlıq və dağətəyi bölgələrdə relyefin təsiri ilə günorta saatlarından sonra qısamüddətli, ildırımlı leysanlar xarakterik ola bilər", – deyə mütəxəssis vurğulayıb.

Ekspertin proqnozları onu göstərir ki, iyul ayı bütövlükdə yayın əsl ruhuna uyğun — isti və quraq keçəcək. Bir sözlə, iyunun sonundakı "payız havası"nın bu ay təkrarlanma ehtimalı yoxdur, ona görə də yay planlarınızı rahatlıqla qura bilərsiniz.


Sizin reklam burada
Sizin reklam burada