İstanbulda Rusiya-ABŞ görüşü BAŞLADI

İstanbulda Rusiya-ABŞ görüşü BAŞLADI
14:30

İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında növbəti görüş başlayıb. 

News365.az xəbər verir ki, görüş ABŞ-nin İstanbuldakı Baş konsulunda keçirilir.

Mətbuata qapalı keçirilən görüşdə iştirak edən nümayəndə heyətinin tərkibi açıqlanmayıb. 

Bundan əvvəl fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan görüşdə Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov, ABŞ nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoff daxil edilib.


Sizin reklam burada
Sizin reklam burada