İstanbulda 6,1 maqnitudalıq ZƏLZƏLƏ - YENİLƏNDİ

İstanbulda 6,1 maqnitudalıq ZƏLZƏLƏ - YENİLƏNDİ
10 Avq 2025 21:25

Türkiyənin Balıkesir şəhərində 6,1 maqnitudalı zəlzələ olub.

News365.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkanların miqyası güclü olub. İstanbul, Trakya və İzmir şəhərlərində də hiss edilib.

Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Təxminən 20 saniyə davam edib.

Təbii fəlakətin fəsadları barədə hələ məlumat yoxdur.


***

Türkiyənin İstanbul şəhərində 6,1 maqnitudalı zəlzələ olub.

News365.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, təbiət hadisəsi Sındırqı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.


Sizin reklam burada
Sizin reklam burada