İstanbul hava limanı uçuşları dayandırdı

İstanbul hava limanı uçuşları dayandırdı
19 Fev 2025 09:13

İstanbulun şərqindəki Sabiha Gökçen hava limanı sinoptiklərin güclü qar xəbərdarlığından sonra cümə axşamı və cümə günləri planlaşdırılan daxili və beynəlxalq uçuşların 15%-ə qədərini ləğv edib. 


News365.az xəbər verir ki, hava limanının məlumatına görə, gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar fevralın 20-də uçuşların 10%-i, fevralın 21-də isə 15%-i reyslər ləğv ediləcək.


Bundan əvvəl türkiyəli sinoptiklər siklonun təsiri ilə İstanbulda dörd gün qar yağacağını və temperaturun kəskin şəkildə aşağı düşəcəyini bildirmişdilər.


Sizin reklam burada
Sizin reklam burada