İstanbul Böyük Şəhər Bələdiyyəsi barədə başladılan istintaq çərçivəsində 323 nəfər şübhəli saxlanılıb

İstanbul Böyük Şəhər Bələdiyyəsi barədə başladılan istintaq çərçivəsində 323 nəfər şübhəli saxlanılıb
23 Mar 2025 10:00

İstanbul Böyük Şəhər Bələdiyyəsi barədə başladılan istintaq çərçivəsində 323 nəfər şübhəli şəxs saxlanılıb.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.

Nazir qeyd edib ki, ictimai asayişi pozan təşəbbüslərə imkan verilməyəcək.

Xatırladaq ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu martın 20-də saxlanılıb. O, bir neçə terrorçuya yardım etməkdə ittiham olunur.


Sizin reklam burada
Sizin reklam burada