Avstraliyanın Yeni Cənubi Uels ştatının 32 yaşlı deputatı Cordan Leyn 19 noyabrda parlamentdəki çıxışı zamanı 10 ildən artıqdır münasibətdə olduğu sevgilisi Natali Hissiyə evlilik təklifi edib.
Siyasətçi 2027-ci ilin martında keçiriləcək seçkilərdən əvvəl siyasətdən getmək qərarına gəldiyini açıqlayaraq parlamentdə vida nitqi söyləyib.
Natali təklifi qəbul edib. Parlament zalında deputatlar bu anı alqışlarla qarşılayıblar.
Leyn zarafatla Natalinin cavabının parlament iclaslarının rəsmi protokolu olan “Hansard”a daxil edilməsini istəyib. Parlamentin spikeri Qreq Payper isə bu çağırışın “sevgi parlamenti” kimi yadda qalacağını bildirib.