Köçəryan qadını qabağa verdi

Köçəryan qadını qabağa verdi
14:17

Ermənistan parlamentində "Hayastan" fraksiyasına yeni rəhbər seçilib.

News365.az xəbər verir ki, Ermənistan parlamentində təmsil olunacaq müxalif "Hayastan" fraksiyasının rəhbəri Anna Qriqoryan olub.

Fraksiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, qərar blokun lideri, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın sədrliyi ilə keçirilən iclasda qəbul edilib.

Bildirilib ki, Anna Qriqoryan fraksiya rəhbəri, Artur Xaçatryan isə fraksiyanın katibi seçilib.

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası yeni parlamentin deputatlarının siyahısını təsdiqləyib.

"Hayastan" fraksiyası yeni qanunverici orqanda 12 mandat qazanıb.

Fraksiyanın deputatları bunlardır: İşxan Saqatelyan, Anna Qriqoryan, Sevak Xaçatryan, Artur Xaçatryan, Kristine Vardanyan, Aqvan Vardanyan, Qeqam Manukyan, Aqnessa Hamoyan, Levon Köçəryan, Artur Sarkisyan, Lilit Qalstyan və Mesrop Manukyan.

Qeyd edək ki, Robert Köçəryanın özü deputat olmaqdan könüllü imtina edib.

Ermənistan parlamentinin yeni çağırışının ilk iclası avqustun 2-də keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada