İsrail parlamenti – Knessetin buraxılmasından sonra ölkədə rəsmi olaraq parlament seçkiləri kampaniyasına start verilib.
Ynet nəşrinin yazdığına görə, əsas sual tərəflərdən hansının Knessetdə hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu əldə edə biləcəyidir.
Nəşrin məlumatına əsasən, seçkilərin nəticəsini qərarını verməmiş seçicilər, eləcə də həm Benyamin Netanyahunun düşərgəsini, həm də onun rəqiblərini dəstəkləyə biləcək kiçik sağçı partiyalar müəyyən edə bilər.
Mühüm məsələlərdən biri də müxalifətin vahid namizəd ətrafında birləşə bilib-bilməyəcəyidir.
"Dəyişiklik bloku"nun potensial liderləri sırasında Qadi Ayzenkot və Naftali Bennettin adları çəkilir.
Bildirilib ki, seçkiqabağı mübarizənin əsas mövzuları ölkənin təhlükəsizliyi, 2023-cü il 7 oktyabr hadisələrinin nəticələri, ultraortodoks yəhudilərin hərbi xidmətə çağırılması və məhkəmə islahatı olacaq