"İsrail və İran öz əzələsini nümayiş etdirir" Şair Ramaldanov

"İsrail və İran öz əzələsini nümayiş etdirir" Şair Ramaldanov
10:15

"Hər halda görürük ki, İsrail və İran öz əzələsini nümayiş etdirir. Hər biri həm öz imkanlarından, həm də mümkün təzyiqlər və nəticələr haqqında danışır."

Hərbi ekspert Şair Ramaldanov bu sözləri News365.az-a danışıb. 

"Təbii ki, İrana hava zərbəsi və ya hər hansı bir hücum ehtimalı ilə bağlı xəbərdarlıqlar İran tərəfindən cavabsız qalmır. Hazırda bu, sözlə ifadə olunur, lakin hərbi vəziyyət yaranacağı təqdirdə, artıq cavab silahlarla veriləcək.

Bütün bunlar, şübhəsiz ki, diplomatik danışıqlara da təsir edir. Əzələ nümayişi masa arxasında gedən diplomatik prosesə birbaşa təsir göstərir. Ona görə də düşünürəm ki, İranın hərbi-sənaye kompleksi – xüsusilə son dövrlərdə texnologiya və rəqəmsal texnologiyalardan istifadəsi, eləcə də Rusiya ilə sıx əlaqələri – nəzərə alınmalıdır.

Rusiyanın Ukraynada apardığı müharibədən əldə etdiyi təcrübədən İranın da faydalandığını düşünürəm."



Sizin reklam burada
Sizin reklam burada