Leninin məqbərəsi bir aylıq bağlanır

Leninin məqbərəsi bir aylıq bağlanır
14:07

Rusiya mediası maraqlı məlumat yayıb. "Gazeta" yazıb ki, rusların və turistlərin ən çox ziyarət etdikləri obyektlərdən biri bağlanacaq. Söhbət Moskvada yerləşən Vladimir İliç Leninin məqbərəsindən gedir. TASS qeyd edib ki, strateji obyekt aprelin 23-dən mayın 19-dək ziyarətçilər üçün bağlı olacaq. Saytlar Federal Təhlükəsizlik Xidmətinə (FSO) istinad ediblər.

“2025-ci il aprelin 23-dən mayın 19-dək tədbirlərə hazırlıq və onların keçirilməsi ilə əlaqədar V.İ.Lenin məqbərəsinə və Kreml divarının yaxınlığındakı nekropola ziyarətçilər buraxılmayacaq”, - məlumatda qeyd edilib.

Bu ilin fevralında Mavzoley təmir işləri ilə əlaqədar iki ay bağlanmışdı. Mavzoleydə planlı təmir adətən iki ildə bir dəfə aparılır. 

Tural


Sizin reklam burada
Sizin reklam burada