ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Roma Papası ilə bağlı "X" də xatirəsini paylaşıb. O qeyd edib ki. aprelin 20-də Vatikanda Papa Fransiskin onunla görüşü zamanı xəstə olduğunu görüb.
Amerikalı siyasətçi öz müşahidələrini bölüşüb: “Dünən onu görməyə şad oldum, baxmayaraq ki, o, aşkar xəstə idi".
Vens onu da əlavə edib ki, o, Fransiskin COVID-19 pandemiyasının başlanğıcındakı xütbəsini əbədi xatırlayacaq: "O, həqiqətən də gözəl idi".
Papa Fransisk aprelin 21-də səhər saatlarında vəfat edib. Bu barədə kardinal Kevin Farrell məlumat yayıb. Katolik kilsəsinin nümayəndəsi əlavə edib ki, konklav (yeni Papanın seçilməsi prosesi - red.) yaxın 15-20 gün ərzində baş tutacaq.
Tural