Rusiyada dəhşətli cinayət hadisəsi baş verib. Belə ki, yeniyetmələr qatarda qarşılarına çıxan sərnişinlərə bıçaqla zərbələr endiriblər.
Rusiya İstintaq Komitəsi yayılan xəbərlərə reaksiya verib. Komitə Telegram kanalında paylaşım edərək yazıb:"Müstəntiqlər Moskva vilayətində şəhərətrafı qatarda yeniyetmələrin iştirakı ilə baş verən insidentin hansı şəraitdə baş verdiyini aydınlaşdırırlar",- Rusiya İstintaq Komitəsi yayılan xəbərlərlə bağlı Telegram kanalında məlumat yayıb.
Qeyd edilib ki, insident Aleksandrov-Moskva istiqamətində baş evrib. Hadisəyə dair sosial şəbəkələrdə videolar yayılıb. Şahidlərin sözlərinə görə, gənc oğlanlar əvvəlcə vaqonda bibər qazından istifadə ediblər. Daha sonra onlar çəkic və bıçaqla digər sərnişinlərə hücum ediblər. Nəticədə iki nəfər yaralanıb. Onların xəsarətlərinin dərəcəsi barədə məlumat verilməyib. Hadisə yerindən çəkilən görüntülərdə həkimlərin onlardan birinə yardım etdiyi görünür.
Tural