Azərbaycan və Qazaxıstan HHQ nümayəndələrinin görüşü olub

Azərbaycan və Qazaxıstan HHQ nümayəndələrinin görüşü olub
18 Apr 2025 18:45

Qazaxıstan Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Xarici İşlər Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi, Xarici Kəşfiyyat İdarəsi, “Azərbaycan Hava Yolları” QSC və “Azəraeronaviqasiya” Hava Hərəkətləri İdarəsinin nümayəndələri də iştirak ediblər.

Görüş zamanı "Təxirəsalınmaz uçuşların təmin edilməsi zamanı qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi" mövzusu çərçivəsində maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.


Sizin reklam burada
Sizin reklam burada