Rusiya məhkəməsi Xaçaturyanın qızlarını zorlamasını təsdiqlədi

Rusiya məhkəməsi Xaçaturyanın qızlarını zorlamasını təsdiqlədi
14:20

Moskvanın Butırski Məhkəməsi Mixail Xaçaturyanın qızlarına qarşı ağır bədən xəsarəti yetirməkdə və cinsi zorakılıq etməkdə təqsirli bilərək cinayət işi üzrə yekun qərarı elan edib. TASS-ın yaydığı məluata görə, "Xaçaturyanın işi" üzrə cinayət təqibi onun ölümü ilə əlaqədar dayandırılmışdı.

"Məhkəmə Mixail Xaçaturyanın bütün maddələr üzrə təqsirli bilinməsi barədə qərar qəbul edib. Onun barəsində olan cinayət işinə ölümü ilə əlaqədar xitam verilməlidir. Təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə islah olunmayan əsaslarla xitam verilməlidir", - hökmdə deyilir. Elan zamanı məhkəmə zalında qarşı  tərəfin nümayəndəsi ilə yanaşı Xaçaturyanın iki qızı da iştirak edib.

Xaçaturyan bacılarının müdafiə komandası məhkəmənin ataları ilə bağlı qərarından məmnun qalıb. Bu qərar qızların özünümüdafiə üçün davrandığını deməyə əsas verir.

Xatırladaq ki, Mixail Xaçaturyana qarşı cinayət işi 2021-ci ildə açılıb. O, internetdən istifadə etməklə qanunsuz olaraq pornoqrafik materialların hazırlanması və dövriyyəsi, iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma, seksual xarakterli, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq hərəkətləri etməkdə ittiham olunurdu.

Qalmaqallı "Xaçaturyan işi" Rusiyada geniş müzakirələrə səbəb oldu. Məlumata görə, ittiham tərəfi cinsi zorakılıqla yanaşı öz qızları -Krestina, Ancelina ilə Mariyanın sağlamlığına ağır zərər vurmaqda ittiham olunan Mixail Xaçaturyanın günahkar sayılmasını tələb edirdi.  2023-cü il martın 31-də isə Rusiyanın Baş Prokurorluğu Xaçaturyana qarşı ittiham aktını təsdiqləyib və cinayət işini mahiyyəti üzrə baxılması üçün Moskvanın Butırski Məhkəməsinə göndərmişdi. 

Qeyd edək ki, üç bacı ataları 57 yaşlı iş adamı olan Mixail Xaçaturyanı öldürməkdə şübhəli bilinirdilər. Qızlar günahlarını boyunlarına alıblar. Hadisəni atalarının onlara uzun müddət əzab verdiyi üçün etdiklərini bildiriblər. 

Tural


Sizin reklam burada
Sizin reklam burada