ABŞ-də maraqlı hadisə baş verib. Cənubi Kaliforniyadan olan Respublikaçı meri Reks Parris evsizlərlə bağlı sərt açıqlama verdikdən sonra tənqid atəşinə tutulub. Bu barədə New York Post məlumat yayıb.
Belə ki, şəhər şurasının iclasında çıxış edən Lankaster şəhərinin meri evsizlərdən qurtulmaq üçün onlara istədikləri qədər fentanil verilməsini təklif edib. O, evsizlərin təxminən 40-45%-nin keçmiş məhkumlar olduğunu və şəhərdə baş verən cinayətlərin əksəriyyətinə görə məsuliyyət daşıdıqlarını iddia edib.
İctimaiyyətin sərt reaksiyasına baxmayaraq, Parris qeyd edib ki, o, dediklərindən peşman deyil və hətta federal hakimiyyət orqanlarına evsiz əhalini “təmizləmək” arzusunu ifadə edib. Mer etiraf edib ki, onun mövqeyi sərt, lakin zəruridir.
Qeyd edək ki, merin nəzərdə tutduğu fentanil güclü sintetik opioiddir. O, yüksək dərəcədə asılılıq yaradır və hətta kiçik dozalarda belə tez-tez ölümcül olur.
Tural