“Xalq məni yaxşı başa düşür. Amma mənim özümü yaxşı tanıyan, xoşuma gəlməyən bəzi deputatların çıxışları sanki məqsədli olur. Məsələn, övladımın diplomu bəzi adamları “narahat edir”.
Bunu News365.az-a müsahibəsində tanınmış iş adamı Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundov deyib. O bildirib ki, mən təkcə özüm üçün danışmıram:
“Mənim indiki təhsil sistemindən narazıyam. Bir vaxtlar San Marino Universiteti vardı. Biri toyuq, biri keçi gətirdi verdi, diplom aldı. Etiraf edək ki, belə hallar var idi. Mən Misir müəllimin də xətrini istəyirəm. Amma gərək səhflərimizi boynumuza alaq.
Doğrudur Azərbaycanda savadlı insanlar çoxdur. Mənim tanıdığım alimlər var, professorlar var. Onlar da gəlsin, öz fikirlərini desinlər. Açıq və səmimi danışmaq lazımdır. Etiraf etməliyik ki, biz bəzi sahələrdə geri qalırıq. Vaxt keçdikcə, bu gün artıq təhsildə də ciddi dönüşlər var. Amma yenə də bəzən elə olur ki, mənim üstümə gəlirlər, sanki mən günahkaram.
Uşaqlarınızın təhsilsizliyi sizi narahat edirmi? Məni çox narahat edir. Doğrudur, Allaha şükür, nəvəm ilk istəklə məktəbə getdi. Amma siz təsəvvür edin ki, nəvəm bir ilə yaxın gəlib-gedir, sinifdə cəmi iki nəfər var. Mən savadsız olduğum üçün şirkətimin gəlirini 80% -ni itirmişik. Bu, savadsızlığın nəticəsidir.
Sizə nə qədər ziyan dəyib? Milyonlarla. Biz rəqiblərlə yarışa bilmədik. Mən komputer bilmirəm, istifadə edə bilmirəm. Onlar isə hər şeyi bilirlər. Buna görə mən bu çətinlikləri yaşamışam.
Ona görə də mən istəyirəm bəzi mənim kimi insanlara və bəzi məmurlara da deyim: bu məsələləri bir şüar halına gətirməyin. Bəli, məktəblər inşa olunmalıdır. Mən birliyi sevən adamam. Mənim düşüncə tərzim, danışığım bu cürdür. Mənim üstümə gəlməyin, çünki bu səviyyəyə çatmağınız asan deyil.
Bəlkə hər şey yaxşı olsaydı, vəziyyət bu cür olmazdı. Bu qədər. Və bilirsiniz ki, tezliklə məktəb tikiləcəyik. Həm şəhərdə, həm də kənddə məktəb tikəcəyik. Bir neçə aya tam şəkildə başlayacağıq. Sonra böyük bir kompleks yaradacağıq. Orada hər sahəyə aid siniflər olacaq.
Hətta fikrim var ki, xaricdən ən savadlı alimləri gətirim ki, orada dərs desinlər. Məscid də tikə bilərəm, amma məscidin bizə nə verəcəyini bilmirəm. Məktəbin nə verəcəyini isə çox yaxşı anlayıram. İnsanlar da anlamalıdır ki, düz, ibadət vacibdir, amma evdə də ibadət edilə bilərik. Məktəb isə təhsil verir, təhsil olmasa, millətin gələcəyi yoxdur.
Mən bunu deyirəm. Bu, mənim fikrimdir. Mən demirəm ki, mənim dediyim hökm olsun. Mən də insanam, səhvim ola bilər. Məscidə qarşı deyiləm. Sadəcə, hər kəs fərqli başa düşür”.
Daha ətraflı aşağıdakı videoda: