İsrail Ordusu Qəzzada HƏMAS komandirini zərərsizləşdirib

İsrail Ordusu Qəzzada HƏMAS komandirini zərərsizləşdirib
12:10

İsrail Müdafiə Qüvvələri (IDF) bazar ertəsi Qəzzaya endirilən zərbələr nəticəsində HƏMAS-ın iki üzvünün, o cümlədən Qəzza Şəhər Briqadasının Hərbi Təhlükəsizlik Departamentinin komandirinin öldürüldüyünü açıqlayıb. 

News365.az -ın məlumatına görə, zərərsizləşdirilən şəxslər qurumun komandiri Talal Mustafa Saleh Bədəvi və Momo Səid Məhəmməd Həvaridir. İsrail hərbçilərinin bildirdiyinə görə, həmin şəxslər atəşkəs rejimini sistemli şəkildə pozaraq mülki əhaliyə və hərbçilərə qarşı hücumlar planlaşdırıb, həmçinin təşkilatın imkanlarını bərpa etməyə cəhd göstəriblər.  Paralel olaraq, İsrail Polisi İordan çayının qərb sahilindəki Beyt Rima kəndində keçirilən əməliyyat zamanı daha üç nəfərin öldürüldüyünü bəyan edib. Axtarışda olan şəxslərin tutulması üçün kəndə daxil olan mülki geyimli xüsusi təyinatlılarla yerli sakinlərin toqquşması nəticəsində təhlükə yaradan 3 nəfər dəqiq atəşlə zərərsizləşdirilib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada