Fransa İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiya tətbiq edib.
News365.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro X sosial şəbəkəsində paylaşım edib.
“Bu gündən etibarən İtamar Ben-Qvirin Fransa ərazisinə girişi qadağan olunur. Qərar onun Smud donanmasında olan Fransa və Avropa vətəndaşlarına qarşı yolverilməz hərəkətləri ilə əlaqədardır. Fransa vətəndaşlarının hədələnməsi, təzyiq və zorakılığa məruz qalması ilə barışa bilməz”, - Barro bildirib.