İsrail iyulun 31-dən avqustun 4-dək Qəzza zolağına BMT-nin humanitar yardım daşıyan yük maşınlarını Avropa İttifaqına (Aİ) vəd etdiyindən dörd dəfə az sayda buraxıb.
News365.az xəbər verir ki, bu barədə “Euractiv” Avropa Komissiyasının Aİ ölkələrinin hökumətlərinə göndərdiyi məxfi sənədə istinadən məlumat verib.
Sənədə əsasən, göstərilən müddətdə Qəzzada humanitar yardım daşıyan cəmi 188 yük maşını boşaldılıb, hərçənd İsrail beş gün ərzində gündə azı 160 maşına, yəni ümumilikdə azı 800 maşına icazə verməyə borclu idi.
İsrail isə öz hesabatlarında 737 yük maşınının keçməsinə icazə verdiyini açıqlayıb. Onlar sənəddə də vurğuladıqları kimi, buraya BMT yardımı ilə bağlı olmayan kommersiya tədarüklərini də daxil ediblər.