"İslam bankçılığı ilə bağlı bir bank müraciət edib" - Taleh Kazımov

"İslam bankçılığı ilə bağlı bir bank müraciət edib" - Taleh Kazımov
03 Noy 2024 11:29

Azərbaycan Mərkəzi Bankına bir yerli bank islam bankçılığı ilə bağlı müraciət edib.

Bunu qurumun sədri Taleh Kazımov keçirdiyi brifinqdə bildirib.

"Biz əsasən sukuk istiqrazlarının buraxılmasına fokuslanmışıq, Dünya Bankı ilə birlikdə müvafiq qanunvericiliyn hazırlanmasına başlamışıq. Bu məsələdə irəliləyiş banklarsız çətin olar, çünki onlar istiqrazların müştərilərini daha yaxşı tanıyır. Həmin bir banklar test rejimində fəaliyyət üçün danışıqlar gedir. Əvvəlcə sükuk buraxılması, daha sonra isə islam bankçılığının tətbiqi gözlənilir. Açığını desəm bu layihənin icrasına 3-5 il vaxt lazımdır. Əsas məqsədmimz maliyyə inklüzivliyini və maliyyə əlçatanlığını artırmaqdır", - deyə o qeyd edib.

AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə inklüzivliyi ilə bağlı dövlət proqramı hazırlayır.

"Sənəd razılaşdırma mərhələsindədir. İnklüzivlik proqramına əsasən, bir çox aspektdən maliyyə əlçatanlığını artırmaqla bağlı tədqiqatlar aparılacaq. Bununla bağlı bir sıra dövlət qurumlarının üzərinə düşən öhdəliklərlə bağlı layihələr həyata keçiriləcək", - deyə o qeyd edib


Youtube kanalımız