İş adamı Cem Köksal TUTULDU - VİDEO

İş adamı Cem Köksal TUTULDU - VİDEO
02 Mar 2025 10:32

Türkiyənin ən böyük şirkətlərindən biri olan "Zorlu Holding"in icraçı direktoru Cem Köksalın addımı ölkədə gündəm olub.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Cem Köksal holdinqə bağlı olan "Vestel"in baş direktoru Ergün Gülerin işçilərə Ramazan ayının başlaması ilə bağlı təbrik məktubuna sərt cavab verib.

O, şirkətin 70 illik tarixində heç bir Ramazan ayını qeyd etmədiklərini bildirib.
 

Məktub ictimailəşdirildikdən sonra iş adamı saxlanılıb və barəsində "inanc, düşüncə və fikir azadlığının həyata keçirilməsinə mane olmaq" maddəsi ilə istintaq başlanılıb.


Saxlanıldıqdan sonra iş adamı vəzifəsindən istefa verib.


Sizin reklam burada
Sizin reklam burada