İrəvandakı "Kamança" restoranı

İrəvandakı "Kamança" restoranı
09:30
Xəbər verdiyimiz kimi Ermənistan paytaxtında Beynəlxalq Sammit keçirilir. Bu Sammitə bir çox ölkələrin liderləri qatılıb. Və bu Sammitin gedişində diqqət çəkən bir hadisə baş verib.
News365. az xəbər verir ki, bu barədə REAL Partiyasının sədri Natiq Cəfərli yazıb.
O, qeyd edir ki. bu günlərdə İrəvanda Avropanın böyük siyasi tədbiri - sammiti var:

"Təbii ki, Ermənistan seçkilərinə 1 ay qalmış belə bir görüşün olması təsadüf deyil - Paşinyana dəstəkdir, yəqin ki, işə yarayar, partiyası qalib gələr. Görüşün siyasi-iqtisadi təhlili haqqında sonra yazacam, amma indi diqqətimi çəkən, bir xəbəri sizlərlə paylmaq istədim.
Bu gün Kanadanın Baş Naziri Karni də AB liderləri ilə görüşmək üçün İrəvana gəlib.
Qonşu ölkənin saytlarının birində oxudum ki, Mark Karni İrəvanda tarixi erməni restoranına gedib - restoranın adı "Kamançadır".
Tapdım o restoranı, menyusuna baxdım, bütün yeməklərin adının əvvəlində "qədim erməni yeməyi" yazılıb, məsələn, əvvəldə həmin 3 söz və, "qovurma", "əriştə", "xaşlama", "dolma", "pide", "nazgəlin", "xurcun" və s. Menyunu oxuyub güldüm, amma, yaxşı restorandır, İnşallah, 1-2 ilə biz də gedərik ".
News365. az

Sizin reklam burada
Sizin reklam burada