Ermənistanın KTMT-dən çıxması Xarici İşlər Nazirliyinin gündəliyində deyil.
News365.az xəber verir ki, bunu ölkənin xarici işlər nazirinin (XİN) müavini Mnatsakan Safaryan jurnalistlərə açıqlamasında bəyan edib.
"Ermənistanın KTMT ilə bağlı siyasəti əvvəllər bəyan edilib. Biz iştirak etmirik, lakin qərarların və sənədlərin qəbuluna da mane olmuruq", - deyə Safaryan bildirib.
O əlavə edib ki, Ermənistan xarici siyasətini öz maraqları və mövcud vəziyyət əsasında aparır.