İran tərəfdən, əsasən də Sepahın yaydığı bəzi məlumatlar dezinformasiyalar, əsassızdır və təxribat xarakterlidir. Şayiələr yayırlar ki, guya İsrailin Təbrizi bombaladığı təyyarələrin yanacağını Azərbaycan təmin edir və s. Bu, şantajçı molla rejiminin təxribatlarıdır. Ümumiyyətlə dövlət ideologiyalarının əsasında başqa müsəlmanları şərləmək, şantaj etmək, təxribatlara çəkmək dayanır. Necə ki, Peyğəmbər Əhli Beytini özləri istismar edərək təhqir etdikləri, çirkin siyasi ambisiyalarına alət etdikləri halda bunu başqalarının üstünə atırlar. Burada da eyni metoddan istifadə edirlər. Bizi ittiham edirdilər ki, guya İsrail Zəngilanda baza qurub. Amma bu gün İsrailin bazaları Tehrandan çıxdı. Bəlkə də Təbrizdə və Azərbaycana sərhəd bölgələrdə bizə qarşı erməni bazaları da var. Çünki İsrail Tehrana qədər baza qura bilibsə, Ermənistan da Fransa kimi kəşfiyyat sistemləri ilə birgə bazalar qura bilər. Bu da araşdırılması vacib məsələdir.
Azərbaycan mümkün olduğu qədər bu savaşın baş verməməsi üçün əlindən gələni etdi. Çünki regionda müharibənin olması ölkəmiz üçün də əlverişli deyil. Hər iki ölkə ilə yaxın münasibətləri zəminində ortaq məxrəcə gəlmələri üçün çalışdı. Ancaq bu ölkələr arasındakı anlaşmazlıq və qarşılıqlı aqressiya bu günki savaşla sonuclandı.
İran ümumiyyətlə həmişə başqalarını qabağa verərək, əsasən müsəlman ölkələrini təxribata çəkib. Əsəd rejimini vaxtilə qızışdırıb kompromislərdən uzaq saxladı, axırda da qoyub qaçdı. Müqəddəs ziyarətgahları qorumaq adı ilə apardığı müzdluları həmin ziyarətgahların zirzəmisində açdığı narkotik fabriklərində istismar edib işlətdi. İndiki Suriya hakimiyyəti gələndə də guya qoruduqları ziyarətgahları qoyub İrana qaçdılar. Zirzəmilərdə şərab və narkotik istehsalı aparıldığı beynəlxalq təşkilatlar tərəfindən müəyyən edildi. Yəni, dini, Əhli Beyti sipər, qalxan, alət edən molla rejiminin əsl hədəfi ilk növbədə müsəlmanlar, türklərdir. Qəzzada mümkün qədər müsəlman ölümünə imkan yaratdı. Yəni İran Fələstin xalqını heç zaman özü gedib qıra bilməzdi. Onları İsrailin əli ilə məhv etdi. İran - İraq savaşında 1 milyondan artıq müsəlman ölümünə səbəb oldu bu "İslam Cümhuriyyəti". İndi də özləri bunkerdə gizlənib xalqı qırğına verir, Azərbaycan kimi başqa ölkələri ittiham edirlər.
İsrailə İranın bəzi məxfi məlumatlarının ermənilər tərəfindən sızdırılması haqda məlumatlar var. Görünür bircə keçirdikləri "Ya Fatimeyi-Zəhra" hərbi təliminin nəticələri əks effekt verib.
İsrail kəşfiyyatı evlərinin içinə qədər girib. Generalları yatdığı yerdə vurur, Sepah isə bizi ittiham edir. Dezinformasiyalara, fars molla rejiminin təxribatçı təbliğatlarına uymaq olmaz. Çünki Səddam Hüseynin İranla bağlı Sabir Rüstəmxanlıya dediyi sözü heç zaman unutmaq olmaz...