İran parlamentində iqtisadiyyat nazirinin impiçmenti müzakirəyə çıxarılır

İran parlamentində iqtisadiyyat nazirinin impiçmenti müzakirəyə çıxarılır
02 Mar 2025 14:25

Bu gün İran parlamentində iqtisadiyyat və maliyyə naziri Abdolnaser Hemmatinin impiçmentinə dair məsələ müzakirəyə çıxarılacaq.

Səbəb devalvasiya, İran valyutasının məzənnəsinin rekord dərəcədə aşağı düşməsidir.Abdolnaser Hemmati deputatların suallarını cavablandırmaq üçün iclasa qatılacaq. İran Prezidenti Məsud Pezeşkian da naziri müdafiə etmək üçün iclasda iştirak edəcək.

Məsud Pezeşkian dəfələrlə bəyan edib ki, bir nazirin əvəzlənməsi köklü dəyişikliyə gətirib çıxarmayacaq.


Sizin reklam burada
Sizin reklam burada