İran daxilində güc balansı dəyişir, SEPAH-ın təsiri artır

İran daxilində güc balansı dəyişir, SEPAH-ın təsiri artır
21 Apr 2026 11:23

Yaxın Şərqdə və xüsusilə İran ətrafında baş verən son hadisələr regionda siyasi gərginliyin yenidən artdığını göstərir. Ekspertlər proseslərin sürətlə dəyişdiyini və daxili ziddiyyətlərin daha da qabardığını bildirir.

News365.az xəbər verir ki, politoloq Şahin Cəfərli son açıqlamasında İran daxilində baş verən proseslərə toxunub.


O bildirib ki, cümə günü Hörmüz boğazının açıq elan olunması ilə bağlı bəyanatlar verilsə də, sonrakı günlərdə vəziyyət yenidən dəyişib və gərginlik artıb. Ekspertin sözlərinə görə, ABŞ prezidenti Donald Trump tərəfindən səsləndirilən optimist mesajlarla paralel olaraq regionda ziddiyyətli siqnallar müşahidə olunur.

Şahin Cəfərli qeyd edib ki, İranın siyasi sistemində uzun illərdir mövcud olan ikili idarəçilik modeli son dövrlərdə daha kəskin şəkildə üzə çıxır. Onun sözlərinə görə, seçilmiş hakimiyyət və dini liderə bağlı struktur arasında fikir ayrılıqları əvvəllər də mövcud olsa da, hazırkı mərhələdə bu fərqlər daha açıq şəkildə görünür.

Politoloq bildirib ki, bu vəziyyətə İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneinin vəfatından sonra yaranan boşluq da təsir göstərib. Onun fikrincə, hazırda sistemi tam şəkildə idarə edə biləcək güclü bir liderin olmaması qərarvermə prosesinə təsir edir.

Cəfərli əlavə edib ki, mümkün varis kimi göstərilən Möştəba Xamenei hələ ictimai və siyasi proseslərdə tam görünmür və onun real təsir imkanları ilə bağlı suallar qalmaqdadır.

Ekspertin sözlərinə görə, hazırkı mərhələdə İran daxilində təhlükəsizlik strukturlarının, xüsusilə də SEPAHnın siyasi proseslərə təsiri daha da artıb və bu, qərarların formalaşmasına ciddi təsir göstərir.


Sizin reklam burada
Sizin reklam burada