İran maneəsi: Azərbaycanlıların İrəvana səfərlərinə yeni məhdudiyyət gətirildi

İran maneəsi: Azərbaycanlıların İrəvana səfərlərinə yeni məhdudiyyət gətirildi
16:10

İrəvana səfər edən Azərbaycan nümayəndə heyətinin şəhərdəki tarixi Göy məscidi ziyarət etməməsi müzakirələrə səbəb olub. Bakıya gələn ermənilərin kilsəni ziyarət etdiyi təqdirdə azərbaycanlıların Göy məscidə aparılmaması diqqət çəkib.

Səfərin iştirakçısı, politoloq Fərhad Məmmədov bildirib ki, məscidin idarəsi hazırda İranın nəzarətindədir.

Sitat: “İrəvana səfər zamanı təqdim edilən rəsmi proqramda Göy məscidə baş çəkmək ümumiyyətlə nəzərdə tutulmamışdı. Biz isə Bakıda erməni kilsəsinə səfəri öz proqramımıza daxil etdik. Biz buna hazırıq. Onlar buna hazır deyillər hələ. Çünki Göy məscid və onun idarə edilməsi İran tərəfindən həyata keçirilir”.

Qeyd edilən çıxış Göy məscidin İrana nə zaman və hansı əsasla verildiyi sualını gündəmə gətirib.

İrəvan bu məscidi İrana niyə verib?

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, tarixçi-alim Faiq Ələkbərli deyib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması çərçivəsində reallaşan qarşılıqlı səfərlərlə bağlı diqqətli olmaq vacibdir:

“Çünki bu səfərlərdə atılan hər bir addım və detalı Azərbaycan cəmiyyəti həssaslıqla qarşılayır. Bunu dəfələrlə müşahidə etmişik. Ermənistana səfər zamanı Göy məscidin ziyarət olunmaması da həssas məsələlərdən biridir. Məscidin İran tərəfindən idarə olunması ilə bağlı iddialar inandırıcı görünmür. Əgər Ermənistan özünü müstəqil dövlət hesab edirsə, onun ərazisindəki dini abidələrin idarəsini də rəsmi İrəvan həyata keçirməlidir. Bu, əsaslı arqument təsiri bağışlamır”.

İrəvana gedən azərbaycanlılara gözlənilməz qadağa - İran detalı

Tarixçi qeyd edib ki, bu yanaşma İran–Ermənistan münasibətlərinə dair müəyyən mesaj xarakteri daşıyır:

“Azərbaycan xalqına aid olan bir məscid barədə deyilənlər xüsusi diqqətlə izlənilməlidir. Çünki bu, faktiki olaraq məscidin İrana məxsusluğu kimi təqdim edilir, bu da tarixi həqiqətlə uyğun gəlmir. İran adlı dövlət yalnız 1935-ci ildə meydana çıxıb, Göy məscidin tarixi isə Səfəvilər, hətta daha qədim türk dövlətləri dövrünə gedib çıxır. Bu səbəbdən Göy məscidin ziyarət olunmaması və onunla bağlı irəli sürülən iddiaları Azərbaycan ciddi şəkildə qiymətləndirməlidir. Tarixən həm İrəvan, həm də oradakı məscid Azərbaycan mədəni irsinə məxsusdur. Hazırda müəyyən səbəblərdən şəhər Ermənistanın paytaxtı olsa da, bu, fakta təsir etmir. Azərbaycan nümayəndə heyətlərinin gələcək səfərlərdə bu kimi məsələlərdə daha prinsipial mövqe nümayiş etdirməsi vacibdir. Ümid edirəm ki, növbəti dəfə belə həssas məsələlər diqqətdən kənarda qalmayacaq və ölkəmizin maraqlarına zidd addımların atılmasına yol verilməyəcək”.

İrəvana gedən azərbaycanlılara gözlənilməz qadağa - İran detalı

Qeyd edək ki, 2015-ci ilin dekabr ayında Ermənistanın Mədəniyyət Nazirliyində Göy məscidlə bağlı məsələ müzakirə edilib və bu məscid İranın mədəniyyət mərkəzi kimi 99 illiyə icarəyə verilib.

Xatırladaq ki, Göy məscid 1766-cı ildə İrəvan xanı Hüseyn Əli xan Qacarın əmri ilə tikilib. Məscid Azərbaycan memarlıq nümunələrindəndir. Ermənilər XX əsrdə məscidi üç dəfə yandırıblar. İlk dəfə 1918-ci ildə, ikinci dəfə 1955-ci ilin martında. İkinci dəfə yandırılanda azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edirmiş. İbadətkar üçüncü dəfə 1988-ci il hadislərindən sonra yandırılıb. 1995–2006-cı məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. /// Globalinfo.az


Sizin reklam burada
Sizin reklam burada