İran hərbi qüvvələrinin əsas hissəsini Suriyadan çıxarıb -"WSJ"

İran hərbi qüvvələrinin əsas hissəsini Suriyadan çıxarıb -"WSJ"
07 Yan 2025 14:55

Suriyada hakimiyyət silahlı müxalifətin əlinə keçdikdən sonra İran silahlı qüvvələrinin əsas hissəsi Suriyanı tərk edib. Bu barədə The Wall Street Journal (WSJ) öz mənbələrinə istinadən məlumat yayıb.

"ABŞ, Avropa və ərəb rəsmiləri İran qüvvələrinin Suriyadan böyük ölçüdə geri çəkildiyini bildiriblər",- nəşr yazıb.

Qeyd olunur ki, müxalifətin Dəməşqdə hakimiyyəti ələ keçirməsi zamanı minlərlə iranpərəst döyüşçü Suriyada, əsasən ölkənin şərqində qalıbmış. Daha sonra onların əsas qüvvələri İraqla sərhəddə yerləşən Əl-Qaim şəhərinə hərəkət edib. Dəməşqdə olan iranlıların bir qismi Tehrana uçub, Hizbullah döyüşçüləri isə Livana çəkilib.

Xatırladaq ki, dekabrın 8-də Suriya müxalifətinin silahlı dəstələri ölkənin paytaxtına nəzarəti ələ keçirib. Bundan sonra ölkədə Əsəd rejiminə son qoyulması barədə rəsmi məlumatlar yayıldı.


Tural


Youtube kanalımız