İranda Ordu Günü ilə bağlı ənənəvi hərbi parad bu il keçirilməyəcək.
News365.az-ın məlumatına görə, bu barədə İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya açıqlama verib.
Onun sözlərinə görə, aprelin 18-də planlaşdırılan paradın ləğvi mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədardır: “Hazırkı atəşkəs şəraiti tam sabitlik dövrü kimi qiymətləndirilmir”.
Rəsmi şəxs bildirib ki, bu il paradın əvəzinə hərbi hissələrdə müxtəlif mədəni tədbirlərin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı hərbi əməliyyata başladığı, daha sonra isə 8 apreldə tərəflər arasında iki həftəlik atəşkəsin qüvvəyə mindiyi bildirilir.