Hindistan Fransadan 114 ədəd “Rafale” qırıcısının alınması üçün rəsmi sorğu göndərib.
News365.az xəbər verir ki, müqavilənin ümumi dəyəri 3,25 trilyon rupi və ya təxminən 40 milyard dollar təşkil edir.
Məlumata əsasən, hökumətlərarası saziş üzrə danışıqların 2027-ci ildə başa çatdırılması planlaşdırılır. Razılaşmaya əsasən, 12-18 qırıcı hazır vəziyyətdə Hindistana təhvil veriləcək, daha 97 təyyarə isə Fransanın Dassault Aviation şirkəti ilə yerli tərəfdaşın əməkdaşlığı çərçivəsində Hindistanda istehsal olunacaq.
Qırıcıların Hindistan Hərbi Hava Qüvvələrinin arsenalına istehsalın başlanmasından üç il sonra daxil olması gözlənilir.